Vətənim Media xəbər verir ki, Rusiya və Ukrayna “270-in 270-ə” formulu üzrə hərbi əsir mübadiləsi aparıb. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin bildirdiyinə görə, əsirlikdən qaytarılan rusiyalı hərbçilər Belarus ərazisindədir. APA-nın Moskva bürosu da mübadilə barədə Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
Əsas mənbə: APA
