İtkin ailələri Brüsseldə üç gün ardıcıl aksiyalar keçirib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
İtkin ailələri Brüsseldə üç gün ardıcıl aksiyalar keçirib

Vətənim Media xəbər verir ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə oktyabrın 22-də Brüsselin Place de l’Albertine meydanında aksiya keçirilib. Bu, oktyabrın 20-də Avropa Parlamentinin qarşısında və oktyabrın 21-də Schuman meydanında təşkil olunan aksiyaların davamı olub.

Aksiyada itkin düşmüş azərbaycanlıların fotoşəkilləri, geyimləri və onların adından yazılmış mesajların yer aldığı zərflər nümayiş etdirilib. Ziyarətçilər ailələrə dəstək qeydləri yazıb, xatirə lentləri bağlayıb və gül qoyublar. İştirakçılara Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi dövrdə 4 010 azərbaycanlının itkin düşdüyü, onların 71-nin uşaq, 288-nin qadın, 319-nun ahıl olduğu bildirilib.

Birliyin sədri Könül Behbudova Ermənistanın itkinlərlə bağlı susqunluğunu qəbuledilməz adlandırıb və onların taleyi barədə məlumatların Azərbaycan tərəfinə verilməsini tələb edib. Ailə üzvləri yaxınlarının taleyinə aydınlıq gətirilməsi üçün beynəlxalq ictimaiyyətə çağırış ediblər. Onlar oktyabrın 21-də Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin nümayəndələri ilə görüşdə də beynəlxalq səviyyədə aksiyaları davam etdirəcəklərini bildiriblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗