Vətənim Media xəbər verir ki, Uqanda Konqo Demokratik Respublikasından qayıdan vətəndaşlar üçün 21 günlük karantin rejimi tətbiq edib. APA-nın “Reuters”ə istinadən yaydığı məlumata görə, səhiyyə naziri Kris Baryomunsi bu barədə oktyabrın 25-də açıqlama verib.
Nazir bildirib ki, ölkədə hazırda Ebola epidemiyası qeydə alınmayıb. Bununla belə, qonşu ölkələrdəki vəziyyətə görə sərhəd-keçid məntəqələrində və Entebbe Beynəlxalq Hava Limanında tibbi nəzarət gücləndirilib. Keniyada və Nigeriyada Ebola aşkarlanan şəxslərin daha əvvəl Uqandadan keçdiyi bildirilir.
Nigeriyada qeydə alınan yoluxma halının genetik analizi virusun Keniyada aşkarlanan ştammla yaxın əlaqəsini göstərib. Xəstələr arasında birbaşa təmas təsdiqlənməyib. Uqanda rəsmiləri virusun mümkün yayılma yollarını araşdırır.
Əsas mənbə: APA
