Tramp İranla bağlı razılaşma və hərbi əməliyyat variantlarını nəzərdən keçirir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Tramp İranla bağlı razılaşma və hərbi əməliyyat variantlarını nəzərdən keçirir

Vətənim Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmasa, bu ölkəyə qarşı yeni hərbi əməliyyat keçirmək ehtimalını istisna etməyib. APA-nın məlumatına görə, Tramp “Fox News”a müsahibəsində oktyabrın 25-də İrana zərbə endirilməyəcəyini bildirib.

Tramp İranla bağlı iki variantı nəzərdən keçirdiyini deyib: “Mən seçim etməliyəm. Onun işini bitirmək çox asan olacaq, yaxud razılaşma əldə edə bilərik”. O, ABŞ və İsrailin İranla hərbi qarşıdurması başa çatdıqdan sonra dünya bazarında neft qiymətlərinin enəcəyinə inandığını da bildirib.

Tramp oktyabrın 24-də də Vaşinqton və Tehran arasında razılaşma əldə olunmasa, İrana yeni zərbələr endirilə biləcəyini açıqlamışdı.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗