Vətənim Media xəbər verir ki, APA-nın Moskva bürosunun məlumatına görə, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov üçtərəfli danışıqların davam etdirilməsi barədə qərarın hərbi əməliyyatlara heç bir məhdudiyyət qoymadığını bildirib.
Peskovun sözlərinə görə, Rusiya silahlı qüvvələri “xüsusi hərbi əməliyyatları” davam etdirir. O, Ukraynanın hərbi-sənaye kompleksinə qarşı kütləvi və ardıcıl zərbələrin endirildiyini, hərbi və hərbiləşdirilmiş hədəflərin vurulduğunu deyib.
Əsas mənbə: APA
