Vətənim Media xəbər verir ki, APA-nın könüllü sığorta barədə materialında bu xidmətin gözlənilməz xərclərə qarşı maliyyə hazırlığı vasitəsi olduğu qeyd olunur. İnsanlar ehtiyaclarına uyğun olaraq avtomobilini KASKO ilə, evini əmlak sığortası ilə, sağlamlığını və ya səfərini isə müvafiq sığorta ilə qoruya bilərlər.
Könüllü tibbi sığortanı şirkətlər əsasən əməkdaşlarına sosial təminat paketi kimi təqdim edirlər. Materialda bunun işçilərin şirkətə bağlılığını artırmağa və təcrübəli mütəxəssisləri cəlb etməyə kömək etdiyi bildirilir.
APA-nın yazdığına görə, “PAŞA Sığorta”nın KASKO təminatına yol-nəqliyyat hadisələri, oğurluq, yanğın və təbii fəlakətlər daxildir. “Yaşıl Azərbaycan” əmlak sığortası proqramı isə yanğın, qaz partlayışı, subasma, qısaqapanma və digər riskləri əhatə edir.
Əsas mənbə: APA
