Vətənim Media xəbər verir ki, 2026-cı ilin sentyabr ayının sonunda Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 minə çatıb. APA Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən bildirir ki, bu, avqustun sonu ilə müqayisədə 414 min kart çoxdur.
Ötən ilin eyni dövründə ölkədə 21 milyon 368 min ödəniş kartı olub. İllik artım 2 milyon 20 min ədəd və ya 9,5 faiz təşkil edib. Sentyabrın sonunda kredit kartlarının sayı isə 2 milyon 35 min olub: bu, illik müqayisədə 81 min və ya 3,8 faiz az, avqustla müqayisədə isə 13 min və ya 0,6 faiz çoxdur. İlin əvvəli ilə müqayisədə kredit kartlarının sayı 42 min ədəd, yaxud 2 faiz azalıb.
Əsas mənbə: APA
