Səyavuş Məmməd oğlu Şəfiyev 1 sentyabr 1937-ci ildə Bakıda doğulub.

Şrift
Səyavuş Məmməd oğlu Şəfiyev 1 sentyabr 1937-ci ildə Bakıda doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Səyavuş Məmməd oğlu Şəfiyev 1 sentyabr 1937-ci ildə Bakıda doğulub..

Səyavuş Məmməd oğlu Şəfiyev 1 sentyabr 1937-ci ildə Bakıda doğulub. Məktəb illərindən idmanda uğurlar əldə edən Siyavuş boks üzrə müxtəlif yarışların qalibi olub. Onun sənət taleyini isə Moskva müəyyən edir.

Moskvaya gəzməyə gələn S. Şəfiyev gözlənilmədən sənədlərini Ümumittifaq Sirk Məktəbinə verir. Akrobatika üzrə dərəcə alan S.

Şəfiyev məktəbi qurtardıqdan sonra “Soyuzsirk”ə göndərilir. Moskva sirkində tanınmış artistlərlə işləyən Siyavuş tezliklə öz işinin peşəkarına çevrilir. Onu Rusiyanın sirk artistləri arasında qəbul etməyə başlayırlar.

1972-ci ildə S. Şəfiyev Bakıya, şəhərdə yenicə açılmış sirkə bədii rəhbər göndərilir. Bakıda quruluş verdiyi sirk proqramları o zaman üçün böyük populayrlıq qazanır.

Burada bir neçə il işlədikdən sonra S. Şəfiyev yenidən Moskvaya çağrılır və məşhur “Səhnədə sirk” Birliyinin quruluşçu rejissor təyin edilir. Sirk rejissoru kimi də özünü sınayan Səyavuş kino rejissorlarının diqqətini cəlb edir.

O, ilk dəfə olaraq, "Əhməd haradadır?" filminə çəkilir və aktyor kimi tanınır. Film ekranlara çıxandan sonra rejissor Adil İsgəndərov sovet senzurasının ciddi tənqidlərinə məruz qalır. “Burjua-meşşan elementləri ilə zəngin” film kimi xarakterizə edilən bu filmin tənqidindən xəbər tutan Səyavuş "nahaq çəkildim" deyir.

Ancaq illər ötdükdən sonra film tamaşaçı tərəfindən qəbul edilir və Azərbaycanın sevimli filminə çevrilir. S. Şəfiyev deyirmiş ki, "Taleyimdən razıyam.

Nə yaxşı ki, Adil müəllim məni bu rola çəkdi". Filmlə bağlı müsahibələrində Səyavuş Səfiyev tez-tez bu hadisəni xatırlayırmış: "Əhmədin evdən qaçma səhnəsi çəkilirdi. Mən də pəncərədən qonşu həyətə tullanmalı, sonra da hasardan aşıb aradan çıxmalıyam.

Bu zaman qonşu həyətdən üstümə it cummalıdır. Elə birinci dublda it məni qapdı. Bərk qorxmuşdum.

Adil müəllim "Qada, bu səhnə 10-15 dəfə çəkiləcək, hər dəfə də bu it Səyavuşu qapsa, onda can qalmaz…" deyib iti zəncirə saldı. Filmə diqqətlə baxanda itin zəncirləndiyi görünür". Bundan sonra S.

Şəfiyev Maqsud İbrahimbəyovun ssenarisi üzrə çəkilən “Uşaqlığın son gecəsi” filmində "prorab" Rüstəm obrazını yaradır. Film Gürcüstanda keçirilən festivalda mükafat alır. Daha sonra S.

Şəfiyev “Ən vacib müsahibə” filmində jurnalist Altay obrazını yaradıb. Siyavuş Şəfiyev SSRİ Kinomateqorafçılar İttifaqının üzvü olub, Azərbaycanın "Əməkdar incəsənt xadimi" adını alıb. Aktyor “O qızı tapın”, “Nizami”, “Nəsimi” və s.

filmlərdə epizodik rolları canlandırıb. 1990-cı ildə Fransada qastrol zamanı keçirdiyi infaktdan sonra Şəfiyev sənəti tərk edir. Bir daha səhnəyə və incəsənətə qayıtmır.

O, 2001-ci il noyabrın 24-də Moskvada dünyasını dəyişib. Bakıda, Yasamal qəbristanlığında dəfn olunub… RUHU ŞAD OLSUN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗