Prezident və ailə üzvləri Fərhad Xəlilovun 90-dan çox əsərinin yer aldığı sərgiyə baxıblar

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Prezident və ailə üzvləri Fərhad Xəlilovun 90-dan çox əsərinin yer aldığı sərgiyə baxıblar

Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunan “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanış olublar.

Sərgidə rəssamın şəxsi kolleksiyasından 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər nümayiş olunur. Ekspozisiyada rəngkarlıq nümunələri ilə yanaşı, müxtəlif formatlı qrafik işlər də yer alıb.

Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə hazırlanıb. Fərhad Xəlilovun yaradıcılığında xüsusi yer tutan Abşeron mövzusu sərgidə rəssamın fərdi bədii dili və zamanla dəyişən yanaşması ilə təqdim olunur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗