ADY dörd yeni qatar alır: Yalama, Mincivan və Astara reysləri 2030-dək bərpa olunacaq

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
ADY dörd yeni qatar alır: Yalama, Mincivan və Astara reysləri 2030-dək bərpa olunacaq

Vətənim Media xəbər verir ki, Azərbaycan Dəmir Yolları (ADY) Çinin “CRRC Zhuzhou Locomotive” şirkəti ilə dörd sərnişin qatarının alınmasına dair müqavilə imzalayıb. Qatarların iki il ərzində təhvil verilməsi nəzərdə tutulur.

ADY sədri Rövşən Rüstəmovun sözlərinə görə, yeni qatarların alınması ilə Yalama, Mincivan və Astara istiqamətlərində sərnişindaşımanın 2030-cu ilədək mərhələli şəkildə bərpası planlaşdırılır. Bakı–Xankəndi marşrutunun da sərnişinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Hər qatar yeddi vaqondan ibarət olacaq və 434 oturacaq yeri olacaq. Sərnişinlərə birinci, biznes və standart siniflər təklif ediləcək. Qatarların maksimal istismar sürəti saatda 140 kilometr təşkil edəcək.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗