Vətənim Media xəbər verir ki, 23 oktyabr 2026-cı ildə Bakı Ekspo Mərkəzində 12-ci Beynəlxalq Kitab Festivalı çərçivəsində Türkiyənin Kərkük Kültür Dərnəyinin Türkiyə türkcəsində nəşr etdirdiyi “Xarı-bülbül” antologiyası təqdim olunub.
Tədbirdə professor və şairlər Elçin İsgəndərzadə, Rəsmiyyə Sabir, həmçinin Kərkük Kültür Dərnəyinin sədri Şəmsəddin Kuzəçi çıxış ediblər. Çıxışlarda poeziyanın mədəniyyətlər arasında əlaqələrin möhkəmlənməsində və milli irsin gələcək nəsillərə ötürülməsindəki rolu vurğulanıb.
Mərasimin bədii hissəsində Əməkdar artist Elza Seyidcahan Mahirə Nağıqızının sözlərinə bəstələnmiş “Şuşa kompozisiyası”nı ifa edib. Gənc şair Banu Məhərrəm isə şeirlər səsləndirib.
Əsas mənbə: edebiyyatqazeti.az
