Əli Əsədovun Gürcüstan səfərində hökumətlərarası komissiyanın 11-ci iclası keçiriləcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Əli Əsədovun Gürcüstan səfərində hökumətlərarası komissiyanın 11-ci iclası keçiriləcək

Vətənim Media xəbər verir ki, Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 29-30-da Gürcüstana işgüzar səfər edəcək. Gürcüstan hökumətinin administrasiyasının APA-ya verdiyi məlumata görə, səfər zamanı Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 11-ci iclası keçiriləcək.

Əsədovun Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü də planlaşdırılır. Azərbaycan nümayəndə heyətinə iqtisadiyyat, energetika, rəqəmsal inkişaf və nəqliyyat, elm və təhsil nazirləri daxil olacaq. Komissiyanın əvvəlki, 10-cu iclası ötən ilin yanvarında Bakıda keçirilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗