Vətənim Media xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrovu G20 Xarici İşlər Nazirləri Şurasının iclasında müşayiət edəcək rusiyalı jurnalistlər ABŞ vizası alıblar. APA-nın Moskva bürosunun məlumatına görə, vizalarda hərəkət məhdudiyyəti yoxdur.
G20 ölkələrinin xarici işlər nazirlərinin görüşü oktyabrın 30-31-də ABŞ-nin Atlanta şəhərində keçiriləcək. İclasda Lavrov da iştirak edəcək.
Əsas mənbə: APA
