Vətənim Media xəbər verir ki, Ceyranbatan qəsəbəsindəki 2 nömrəli tam orta məktəbdə şagirdlərin özlərini pis hiss etməsi ilə bağlı qida zəhərlənməsi faktı təsdiqini tapmayıb. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) APA-nın sorğusuna cavabında bildirib.
TƏBİB-in məlumatına görə, məktəbdən saat 15:50-də çağırış daxil olub. Təcili tibbi yardım briqadası 8 şagirdə yerində yardım göstərib. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlarla araşdırma aparılır.
Əsas mənbə: APA
