Vətənim Media xəbər verir ki, Xalq artisti Zaur Rzayev müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında vəfat edib. Onun ölüm xəbərini oğlu APA-ya təsdiqləyib.
1952-ci il yanvarın 28-də Kürdəmir rayonunda anadan olan Rzayev oktyabrın 14-də səhhəti pisləşdiyi üçün xəstəxanaya yerləşdirilmişdi. O, 1994-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Mahnı və Rəqs Ansamblına rəhbərlik edib. 1998-ci ildə Əməkdar artist, 2003-cü ildə Xalq artisti fəxri adına layiq görülüb.
Əsas mənbə: APA
