78 min manatın mənimsənilməsində ittiham olunan şəxs Albaniyadan gətirildi

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
78 min manatın mənimsənilməsində ittiham olunan şəxs Albaniyadan gətirildi

Vətənim Media xəbər verir ki, beynəlxalq axtarışda olan Elçin Nüsrət oğlu Abdulxalıqov Albaniyada saxlanılaraq oktyabrın 29-da Azərbaycana ekstradisiya edilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətinin APA-ya verdiyi məlumata görə, onun yeri İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosunun axtarışı nəticəsində müəyyənləşdirilib.

Abdulxalıqov 2020-ci ildə “GP Stock Feed” MMC-də satış üzrə mütəxəssis işləyərkən distribütorlardan götürdüyü və şirkətin kassasına ödənilməli olan 78 min manatı şəxsi məqsədləri üçün istifadə etməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. Baş Prokurorluğun sorğusu və aparılan danışıqlardan sonra ekstradisiya barədə razılıq əldə edilib. Məhkəmənin həbs qərarı ilə o, istintaq təcridxanasına yerləşdirilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗