Vətənim Media xəbər verir ki, oktyabrın 30-da Heydər Əliyev Mərkəzində “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalının rəsmi açılışı olub. Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Alyona Əliyeva iştirak ediblər.
Açılış mərasimində sərgilərlə yanaşı, “Orionun sapı” immersiv teatr tamaşası təqdim edilib. Festival çərçivəsində təbiət, biomüxtəliflik, mədəni irs və insanın məsuliyyəti mövzularını əhatə edən sərgilər də nümayiş olunur. Bəzi ekspozisiyalardakı əsərlər ictimaiyyətə ilk dəfə təqdim edilib.
Əsas mənbə: APA
