Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, Polşa prezidenti Karol Navrotski Konstitusiya Məhkəməsində yaranmış vəziyyətin həlli üçün bütün siyasi qüvvələrin iştirakı ilə təcili müşavirə çağırıb.
Navrotski böhranla əlaqədar Seneqala səfərini yarımçıq dayandıraraq Varşavaya qayıdıb. O, paytaxta çatdıqdan sonra Konstitusiya Məhkəməsinin sədri Boqdan Şvençkovski və Ali Məhkəmənin sədri Zbiqnev Kapinski ilə görüşüb. Prezidentin məhkəmə binasını hələ tərk etmədiyi bildirilir.
Konstitusiya Məhkəməsinin qarşısında toqquşmaların davam etdiyi, etirazçıların polis kordonunu keçməyə çalışdığı qeyd olunur. Bundan əvvəl hakim Anna Korvin-Piotrovska Şvençkovskinin vəzifələrinin icrasını bir ay müddətinə dayandırdığını elan etmişdi.
Əsas mənbə: APA
