Vətənim Media xəbər verir ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində gecə saat 23:50 radələrində avtomobil velosipedçini vurub. Baş Dövlət Yol Polisi İdarəsinin APA-ya verdiyi məlumata görə, velosiped sürən Ülfət Hüseynov hadisə yerində həyatını itirib.
İdarənin bildirdiyinə görə, nəqliyyat axınına əks istiqamətdə hərəkət edən velosipedçini vuran “VAZ” markalı avtomobilin sürücüsü hadisə yerindən uzaqlaşıb. Sürücü T. Bədəlov yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Əsas mənbə: APA
