Vətənim Media xəbər verir ki, Gəncənin Adil İsgəndərov küçəsində 68 yaşlı kişi elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini C. Əlizadə yaşadığı evin zirzəmisində işləyərkən cərəyan onu vurub və o, hadisə yerində ölüb. Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.
Əsas mənbə: APA
