Vətənim Media xəbər verir ki, oktyabrın 31-i saat 10:00-a olan məlumata görə, ölkənin əksər ərazilərində arabir yağış yağıb, şimşək çaxıb. Şahdağda isə arabir qar qeydə alınıb.
Ən çox yağıntı Daşkəsən və Lerikdə düşüb — 10 mm. Biləsuvar və Oğuzda 9 mm, Gədəbəy və Şamaxıda 8 mm yağıntı qeydə alınıb. Bakı və Abşeron yarımadasında göstərici 1 mm-dək olub. Bir sıra rayonlarda duman səbəbindən görünüş məsafəsi 500 metrədək azalıb.
Əsas mənbə: APA
