Vətənim Media xəbər verir ki, noyabrın 1-dən Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qanuni məhdudiyyət tətbiq olunub. APA-nın məlumatına görə, yeni hesab açılarkən istifadəçinin yaşı yoxlanılmalıdır.
15–18 yaşlı yeniyetmələr üçün platformalar daha təhlükəsiz şərait yaratmalı, o cümlədən valideyn nəzarəti mexanizmləri tətbiq etməlidir. Mövcud hesabların yeni tələblərə uyğunlaşdırılması üçün 2027-ci il martın 31-dək keçid müddəti nəzərdə tutulub.
Əsas mənbə: APA
