Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, APA TV müxbiri Sənan Bəhrəmli oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Bakının Nizami rayonundakı taxta bazarında baş verən yanğını işıqlandırarkən hücuma məruz qalıb.
Özünü mühafizəçi kimi təqdim edən Heydər Sərdarov jurnalistə fiziki xəsarət yetirib, onu təhqir edib və telekanalın texniki avadanlığına zərər vurub. Polis əməkdaşları Sərdarovu ərazidən uzaqlaşdırıb, hadisə ilə bağlı Bəhrəmlidən ilkin ifadə alıblar.
Əsas mənbə: APA
