Vətənim Media xəbər verir ki, noyabrın 2-də Bakıda və Abşeron yarımadasında havanın gündüz 18-20 dərəcə isti olacağı gözlənilir. Gecə temperatur 13-16 dərəcə olacaq. Şimal-qərb küləyi əsəcək, gecə bəzi şəhərətrafı ərazilərdə çiskin ehtimalı var.
Rayonlarda gecə 11-16, gündüz 18-22 dərəcə isti olacaq. Gün ərzində bəzi yerlərdə yağış, şimşək və dolu, yüksək dağlıq ərazilərdə qar gözlənilir. Dağlarda gecə temperatur 5-10, gündüz 12-17 dərəcə isti olacaq.
Əsas mənbə: APA
