Kürdəmir ərazisində yük avtomobili aşıb, sərnişin xəsarət alıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Kürdəmir ərazisində yük avtomobili aşıb, sərnişin xəsarət alıb

Vətənim Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin APA-ya verdiyi məlumata görə, Bakı-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsində yük avtomobili aşıb. Qəza bu gün saat 02:30 radələrində, yolun 172-ci kilometrində baş verib.

Mehdi Mirzəyevin idarə etdiyi qoşqulu “MAN” yük avtomobili yoldan çıxaraq beton ayırıcı səddə çırpılıb, qarşı hərəkət zolağına keçdikdən sonra yol kənarına aşıb. Sərnişin Mahir Məmmədov xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗