“Qızıl Qaya” restoranında sanitar pozuntular aşkarlanıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
“Qızıl Qaya” restoranında sanitar pozuntular aşkarlanıb

Vətənim Media xəbər verir ki, Nizami rayonundakı “Qızıl Qaya” restoranında zəhərlənmə şübhəsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi araşdırma aparır.

Agentliyin APA-ya verdiyi məlumata görə, ilkin yoxlama zamanı restoranın sanitar-gigiyenik vəziyyəti qənaətbəxş qiymətləndirilməyib. Qida məhsullarının emalı və saxlanmasında nöqsanlar, eləcə də çarpaz çirklənmə riskləri müəyyən olunub. Götürülən nümunələr laborator müayinəyə göndərilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗