Vətənim Media xəbər verir ki, Bolqarıstan Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin rəsmi nəticələrə əsasən, prezidentliyə İliyana Yotova və vitse-prezidentliyə Kiril Vılçevdən ibarət namizədlər cütlüyü səslərin 57,943 faizini toplayıb.
Andrey Gyurov və Georgi Kandev isə 39,007 faiz səs alıblar. Nəticələr yerli vaxtla saat 23:00-a, Bakı vaxtı ilə 00:00-a olan məlumata əsaslanır. Həmin vaxta qədər seçki protokollarının 17,39 faizi emal edilib.
Əsas mənbə: APA
