Karlson ABŞ-ın İrana nüvə zərbəsi ehtimalını gündəmə gətirib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Karlson ABŞ-ın İrana nüvə zərbəsi ehtimalını gündəmə gətirib

Vətənim Media xəbər verir ki, APA-nın məlumatına görə, amerikalı jurnalist Taker Karlson ABŞ administrasiyasının İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi altında yaxın günlərdə İrana nüvə zərbəsi endirə biləcəyini iddia edib. Karlson “X” sosial şəbəkəsindəki paylaşımında mümkün hədəfin İranın mərkəzindəki Pikaks dağı ola biləcəyini yazıb.

Jurnalistin iddiasına görə, İsrail kəşfiyyatı İran hökumətinin həmin ərazidə nüvə proqramını yenidən bərpa etdiyini bildirir. Karlson ABŞ Prezidenti Donald Trampın nüvə silahından istifadə ilə bağlı qərarının noyabrın 7-dək verilə biləcəyini deyib. O, həmçinin ABŞ-ın adi silahlarının ehtimal olunan nüvə obyektlərini örtən 90 metr qalınlığında qranit təbəqəsini deşə bilmədiyini iddia edib.

Karlsonun sözlərinə görə, Rusiya ən azı iki ölkəni ABŞ-ın İrana nüvə zərbəsi endirməsinin Moskvanın Ukraynaya qarşı analoji silahdan istifadə etməsinə yol aça biləcəyi barədə xəbərdar edib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗