Fəaliyyət qabiliyyəti olmayan şəxslərin cinayət prosesində iştirakı ilə bağlı qərar

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Fəaliyyət qabiliyyəti olmayan şəxslərin cinayət prosesində iştirakı ilə bağlı qərar

Vətənim Media xəbər verir ki, Konstitusiya Məhkəməsi cinayət prosesində fəaliyyət qabiliyyəti olmayan şəxslərin statusunun müəyyənləşdirilməsi və hüquqlarının qorunması ilə bağlı qərar qəbul edib. Qərarda bu statusun mülki qanunvericilikdəki əsaslarla və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiqlənməli olduğu göstərilib.

Qərara əsasən, belə qətnamə zərərçəkmiş, mülki iddiaçı, şübhəli və təqsirləndirilən şəxslərə, eləcə də mülki cavabdehə qanuni nümayəndə təyin edilməsi üçün əsasdır. Konstitusiya Məhkəməsi cinayət-prosessual fəaliyyət qabiliyyətinin müəyyənləşdirilməsi və bərpası qaydalarının, həmçinin sağlamlıq vəziyyətinə görə hüquqlarını müstəqil həyata keçirə bilməyən zərərçəkmişlər üçün dəstək mexanizmlərinin qanunvericilikdə müəyyənləşdirilməsini Milli Məclisə tövsiyə edib.

Qərar dərc olunduğu gündən qüvvəyə minir. O, qətidir və heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗