Yasamal və Nizami rayonlarında elektrik kəsintisi saatlarla davam edəcək

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Yasamal və Nizami rayonlarında elektrik kəsintisi saatlarla davam edəcək

Vətənim Media xəbər verir ki, noyabrın 6-da Yasamal və Nizami rayonlarında təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilələr yaranacaq. “Azərişıq” ASC-nin APA-ya verdiyi məlumata görə, Yasamalda Mikayıl Müşfiq və Şəfayət Mehdiyev küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik olmayacaq.

Nizami rayonunda, Əli Vəliyev küçəsi 16 ünvanında isə elektrik enerjisinin verilişi saat 10:00-dan 14:00-dək dayandırılacaq. Təmir işlərinin enerji təchizatının keyfiyyətini yaxşılaşdırması və artan tələbatın qarşılanmasına xidmət etməsi nəzərdə tutulur.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗