Vətənim Media xəbər verir ki, APA-nın Moskva bürosunun məlumatına görə, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirak etmədiyini bildirib.
Peskov bu fikri gələn həftə Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının iclasında Ermənistanın təşkilatdan çıxarılması ehtimalı barədə suala cavabında deyib. Onun sözlərinə görə, İrəvanın KTMT-də iştiraka dair rəsmi bəyanatı var və müvafiq addımlar qanunvericilik sənədlərində nəzərdə tutulub. Ermənistanın üzvlüyü təşkilat daxilində aparılacaq müzakirələrdən sonra müəyyənləşəcək.
Əsas mənbə: APA
