Vətənim Media xəbər verir ki, Fransanın daxili işlər naziri Loran Nünez bildirib: noyabrın 7-də keçiriləcək etiraz aksiyalarında ictimai asayişi qorumaq üçün ölkə üzrə 70 min polis və jandarm cəlb olunacaq.
Təhlükəsizlik qüvvələrinin tərkibində 110 mobil bölmə, 25 zirehli texnika və su şırnaqlı maşınlar da olacaq. Nünez qeyd edib ki, noyabrın 5-dəki aksiyalar əsasən sakit keçib. Onun sözlərinə görə, noyabrın 7-dəki etirazların əksəriyyətinin həmkarlar ittifaqları tərəfindən təşkil olunmaması vəziyyəti fərqli edə bilər.
Əsas mənbə: APA
