Media və Yayım Şurasının rəhbərliyi Pekində Dünya Media Sammitində iştirak edir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Media və Yayım Şurasının rəhbərliyi Pekində Dünya Media Sammitində iştirak edir

Vətənim Media xəbər verir ki, Azərbaycan Respublikası Media və Yayım Şurasının rəhbərliyi Pekində keçirilən 7-ci Dünya Media Sammitinin açılış mərasimində iştirak edir.

“İntellektual dövrdə media: konsensusdan fəaliyyətə” mövzusuna həsr olunan sammitdə süni intellektin mediaya təsiri, qlobal kommunikasiya və media əməkdaşlığı müzakirə olunur. Proqramda plenar iclaslar, tematik forumlar və seminarlar, eləcə də Pekinin mədəni irsi və müasir inkişafı ilə tanışlıq səfərləri yer alır.

2009-cu ildə yaradılan Dünya Media Sammiti media qurumları, beyin mərkəzləri, hökumətlər, şirkətlər və beynəlxalq təşkilatlar arasında fikir mübadiləsi və əməkdaşlıq platformasıdır.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗