Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 7-də Ağdam Sənaye Parkında “Komfy” MMC-nin ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib. APA-nın məlumatına görə, müəssisənin illik istehsal gücü 130 min döşəkdir. Burada Azərbaycanda ilk dəfə sıxılaraq rulon şəklində qablaşdırılan “roll-pack” döşəklər də istehsal olunacaq.
Layihənin ümumi dəyəri 2,5 milyon manatdır. Maliyyələşmədə özəl investisiya ilə yanaşı, dövlət zəmanəti ilə ayrılmış 700 min manat kreditdən istifadə edilib. Müəssisədə 65 nəfər daimi işlə təmin olunacaq. İstehsal olunan döşəklərin daxili bazarla yanaşı, xarici ölkələrə də satılması nəzərdə tutulur.
Əsas mənbə: APA
