Xəzərdə küləyin sürəti açıq dənizdə 32 m/s-dək arta bilər

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Xəzərdə küləyin sürəti açıq dənizdə 32 m/s-dək arta bilər

Vətənim Media xəbər verir ki, Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi Xəzərdə gözlənilən güclü küləklə bağlı gəmilərə xəbərdarlıq edib.

Agentliyin APA-ya verdiyi məlumata görə, şimal-qərb və şimal küləklərinin noyabrın 8-dən 9-dək davam edəcəyi, sürətinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 32 m/s-dək çatacağı proqnozlaşdırılır. Dalğaların hündürlüyü əvvəlcə 2,5-3,5 metr, sonrakı mərhələdə isə 4-6 metr ola bilər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗