Ağdamda 1150 hektarlıq zeytun bağı salınıb, 700 mindən çox ağac əkilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Ağdamda 1150 hektarlıq zeytun bağı salınıb, 700 mindən çox ağac əkilib

Vətənim Media xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 7-də Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub. “Aqroinkişaf 2017” MMC-nin direktoru Ruslan Sadıxov müəssisənin fəaliyyəti barədə dövlət başçısına məlumat verib.

Ərazidə 1150 hektar sahədə zeytun bağı salınıb və 700 mindən çox ağac əkilib. Gələcəkdə zeytun və badam ağaclarının sayının 1,5 milyona çatdırılması, ildə 10 min ton zeytun və ya 2 min ton yağ istehsalı planlaşdırılır. Səfərin sonunda Prezident ərazidə zeytun ağacı əkib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗