Korçada Zəfər Gününə həsr olunan muğam konserti keçirilib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Korçada Zəfər Gününə həsr olunan muğam konserti keçirilib

Vətənim Media xəbər verir ki, noyabrın 5-də Albaniyanın Korça şəhərində Azərbaycanın Zəfər Günü münasibətilə muğam konserti təşkil olunub. Tədbiri Azərbaycanın Albaniyadakı Səfirliyi və Korça Bələdiyyəsi birgə təşkil edib.

Konsertdə Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov Zəfər Gününün tarixi əhəmiyyətindən danışıb və bayram münasibətilə təbriklərini çatdırıb. Korça şəhərinin meri Sotiraq Filo isə tədbirin iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfəsini vurğulayıb.

Proqramda muğam və xalq musiqisi nümunələri səsləndirilib. Tədbirdə Korça bölgəsinin valisi Florinda Zequllay, yerli rəsmilər, ziyalılar, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗