Vətənim Media xəbər verir ki, Azərbaycanın Xarici İşlər Nazirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə bəyanat yayıb.
Bəyanatda Zəfər Günü 2020-ci il Vətən müharibəsində qazanılmış qələbənin, xalqın birliyinin və Vətənə bağlılığının rəmzi kimi dəyərləndirilib. Sənəddə Şuşanın 2020-ci il noyabrın 8-də azad edilməsi ilə müharibədə qələbənin təmin olunduğu, 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində isə Azərbaycanın dövlət suverenliyinin tam bərpa edildiyi qeyd olunub.
XİN işğaldan azad edilmiş ərazilərin bərpası və keçmiş məcburi köçkünlərin qayıdışı istiqamətində işlərin davam etdiyini, Azərbaycanın regionda uzunmüddətli sülh və sabitlik səylərini irəlilətdiyini bildirib. Bəyanatda şəhidlərin xatirəsi yad edilib, qazilərə və müharibə iştirakçılarına minnətdarlıq ifadə olunub.
Əsas mənbə: APA
