Bakıda yanğınsöndürmə idmanı üzrə dünya çempionatının qalibləri mükafatlandırıldı

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bakıda yanğınsöndürmə idmanı üzrə dünya çempionatının qalibləri mükafatlandırıldı

Vətənim Media xəbər verir ki, Bakıda kişilər arasında XXI, qadınlar arasında XII yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatının bağlanış və mükafatlandırma mərasimi keçirilib. Qadın və kişi komandalarının ümumi nəticələrində Rusiya birinci, Belarus ikinci, Qazaxıstan isə üçüncü yeri tutub.

Mərasimdə çempionatın bayrağı Belarus nümayəndəsinə təqdim edilib. Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasının prezidenti Aleksandr Çuprian yarışları bağlı elan edib. Tədbir konsert proqramı ilə başa çatıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗