Yusif Abdulla oğlu Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə doğulub.

Şrift
Yusif Abdulla oğlu Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə doğulub.

Namiq Həsənov “Tarixi birlikdə öyrənək” layihəsində bu dəfə Yusif Abdulla oğlu Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə doğulub..

Yusif Abdulla oğlu Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə doğulub. Bakı Teatr Texnikumunda təhsil alıb. Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrə, sözsüz rollara çıxıb.

Eyni zamanda Yəhudi Dövlət Dram Teatrında işləyib. Texnikumu bitirəndə yenicə açılan Şəki Dövlət Dram Teatrına işləməyə göndərilib. O, teatrda "Hacı Qəmbər", "Hacı Qara", "Molla İbrahimxəlil kimyagər", "Xoşbəxtlər", "Almaz", "Aydın", "Oqtay Eloğlu", "Od gəlini", "Sevil", "Solğun çiçəklər" tamaşalarında aparıcı rollar ifa edib.

1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddət Rus Dram Teatrında aktyorluq edib. Ancaq əsas yaradıcılığı 1949-cu ildən ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. Gənc Tamaşaçılar Teatrının rus bölməsində hazırlanan Mixail Şatrovun "İnqilab naminə" pyesinin tamaşasında Lenin rolunu ifa edib.

Yusif Vəliyev "Azərbaycanfilm"in kinolarında epizodik rollar oynasa da, çox maraqlı xarakterlər yaradıb. O, "Nəsimi", "Qatır Məmməd", "Tütək səsi", "Arxadan vurulan zərbə", "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində" filmlərində çəkilib. Aktyor üç dəfə ailə həyatı qurub.

İlk dəfə evlənəndə 20 yaşı olub. O, Şəki teatrında işləyərkən özündən 12 yaş böyük olan geyim ustası Rəbiyyə adlı qadınla evlənib. Ancaq onların rəsmi nikahı olmayıb.

Sonralar Rəbiyyə xanım beyin qansızması keçirir və yatağa düşür. Birinci evliliyindən aktyorun Naira və Natəvan adlı qızları var idi. Aktyorun ikinci evliliyi də uğursuz olandan sonra o, 1965-ci ildə Gənc Tamaşaçılar Teatrına işləməyə gələn, özündən 24 yaş kiçik aktrisa Zemfira Sadıqova ilə tanış olur.

Həyat yoldaşından ayrılan Zemfira xanım Yusifin evli olduğunu biləndə onunla münasibəti kəsir və İrəvan Teatrına işləməyə gedir. Lakin, Yusif rejissor Şamil Mahmudbəyovun vasitəsilə onu geri qaytarmağa nail olur. Şamil Mahmudbəyov onu "Torpaq, dəniz, od, səma" filminə çəkilməyə dəvət edir, aktrisa da razılıq verir.

Amma o, geri qayıdandan sonra Yusif Vəliyev onu heç yerə buraxmır. Onlar ailə qururlar. Bu evlilikdən qızları Bahar dünyaya gəlir.

Yusif Vəliyev və Adil İsgəndərovun yaxşı yoldaşlığı olub. Lakin, sonradan onların münasibətləri soyuqlaşıb, hətta bir-birlərini danışdırmayıblar. Ancaq aktyorun xanımı Zemfira Sadıqovanın sözlərinə görə "Axırıncı aşırım" filmində Həsən Seyidbəyli səsləndirməni Adil müəllimə tapşıranda, o deyir ki,-"Həsən, sən komediya çəkirsən?

Mənim səsimlə Kərbəlayi olmaz axı. Get, Yusif Vəliyevi çağır, o gəlib səsləndirsin. Yusif Vəliyev gəlib həmin rolu səsləndirir".

Zemfira Sadıqovanın sözlərinə görə, onun bir evi var idi, 3 otaqlı. Mən də anamın evində yaşayırdım. Birinci arvadı rəhmətə gedəndən sonra evi dəyişdirib birotaqlı ev aldıq, qızları da artıq evlənmişdilər.

Sonradan Yusifə 9-cu mikrorayonda, 9-cu mərtəbədən ev verdilər. Heç fikirləşmədilər ki, ürəyi xəstə olan adama bu mərtəbəni vermək olar, ya yox. Yusif o zamankı mədəniyyət nazirinin yanına getmişdi.

İstəyirdik ki, bir az aşağı mərtəbədən versinlər. Nazir Yusif kimi nəhəng aktyoru tanımamışdı. Yusif Abdulla oğlu Vəliyev 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 9 fevral 1979-cu ildə Xalq artisti fəxri adları ilə təltif olunub.

Ömrünün son günlərini aktyor ürək ağrılarından şikayət edir. Onu xəstəxanaya aparırlar. İki ay müalicə olunur.

Həyat yoldaşı və qızı 1980-ci il martın 17-də onun yanına gedəndə aktyor onları görən kimi hönkürtü ilə ağlayır. Ertəsi gün isə dünyasını dəyişir. Yusif Vəliyev qızı Baharın ad günündə – martın 20-də "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılır.

Yusif Vəliyevin ölümündən sonra qızı Bahar böyük şok keçirir, ürək xəstəliyi tapır, 5 il həkimlərin nəzarətində müalicə alır. Bahar Əliyeva Kulis. az a verdiyi müsahibəsində deyirdi: "Onu teatrda incidirdilər.

Düz on il rolsuz qaldı. Belə olanda atam içkiyə bağlandı. Daim içirdi deməzdim, amma içirdi.

Hiss olunurdu ki, ona qarşı olunanları qəbul edə bilmir və ürək ağrısını içki ilə sakitləşdirir. Pivəni çox sevirdi. Mən də həmişə ona noxud verirdim ki, pivə içəndən sonra yesin…

ALLAH RƏHMƏT ELƏSİN!

MƏNBƏNamiq Həsənovun TikTok səhifəsi — orijinal videoya bax ↗Material Namiq Həsənovun icazəsi ilə Vətənim.Media-da yayımlanır.

Namiq Həsənovun digər tarixi materiallarına bax →

Vətənim Media Shorts

YouTube-da aç ↗