Bakıda intensiv yağış, rayonlarda isə qar gözlənilir

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bakıda intensiv yağış, rayonlarda isə qar gözlənilir

Vətənim Media xəbər verir ki, noyabrın 9-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə leysan və şimşək olacağı ehtimal edilir. Şimal-qərb küləyi güclənəcək. Gecə 6-8, gündüz 8-11 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkənin rayonlarında da bəzi yerlərdə yağıntı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağış intensivləşə, dağlıq yerlərdə qar yağa bilər; axşam yağıntı tədricən kəsiləcək. Gecə 5-9, gündüz 11-15 dərəcə isti, dağlarda isə gecə 2-6, gündüz 0-2 dərəcə şaxta olacaq.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗