Bitcoin son sutkada 2 faiz ucuzlaşaraq 74 201 dollara düşüb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Bitcoin son sutkada 2 faiz ucuzlaşaraq 74 201 dollara düşüb

Vətənim Media xəbər verir ki, “CoinMarketCap” platformasının məlumatına əsasən, “Bitcoin”in qiyməti son 24 saatda 2 faiz azalaraq 74 201,19 ABŞ dolları olub. Kriptovalyuta son yeddi gündə 4,89 faiz ucuzlaşıb.

Son sutkada “Ethereum” 2 120,06 dollara, BNB 681,50 dollara enib. “XRP” 6,04 faiz ucuzlaşaraq 1,09 dollar, “Solana” isə 3,23 faiz geriləyərək 86,23 dollar olub. “Dogecoin”, “Hyperliquid”, “Zcash” və “Monero”nun qiymətlərində də azalma qeydə alınıb. “Tether” və “USD Coin”in qiymətləri ciddi dəyişməyib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗