Vətənim Media xəbər verir ki, Astara istiqamətində hərəkət edən “QazEl” markalı mikroavtobus Deqədi kəndi ərazisində aşıb. Qəza Kijəbə-Deqədi kənd yolunda baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, xəsarət alan 10-dan çox sərnişin Astara və Lənkəran rayon mərkəzi xəstəxanalarına yerləşdirilib. Marşrutda təxminən 20 sərnişin olduğu bildirilir.
Əsas mənbə: APA
