Vətənim Media xəbər verir ki, noyabrın 11-də Türkiyənin Antalya şəhərində COP31 Liderlər Sammiti keçirilib. Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva iştirak ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antonio Quterreş İlham Əliyevi və digər nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar. Sammit iştirakçıları birgə foto çəkdiriblər.
Ərdoğan çıxışında əvvəlki COP sədrliklərinin təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkür edib. Sammitdə BMT-nin Baş katibi Antonio Quterreş və bir sıra ölkələrin liderləri də çıxış ediblər.
Əsas mənbə: APA
