Kəmaləddin Heydərov Polşa səfirliyində Krakov faciəsinə görə başsağlığı verib

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Kəmaləddin Heydərov Polşa səfirliyində Krakov faciəsinə görə başsağlığı verib

Vətənim Media xəbər verir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərov noyabrın 11-də Polşanın Bakıdakı səfirliyində olub. Fövqəladə Hallar Nazirliyinin APA-ya verdiyi məlumata görə, nazir Polşanın Azərbaycandakı səfiri Pavel Radomski ilə görüşüb.

Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, hökumət adından Krakovda baş vermiş faciə ilə əlaqədar başsağlığı verib və xəsarət alanların tezliklə sağalmasını arzulayıb. O, həlak olanların xatirəsini ehtiramla yad edib, səfirlikdə açılmış matəm kitabına başsağlığı sözləri yazıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗