Vətənim Media xəbər verir ki, Bakıda 12 küçə və prospektdə nəqliyyatın hərəkəti sıxlaşıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Sıxlıq Bakı-Sumqayıt şosesində “20 Yanvar” metro stansiyası istiqamətində, Ziya Bünyadov prospektində Bakı Olimpiya Stadionundan Əhməd Rəcəbli küçəsi ilə kəsişməyədək, eləcə də 8 Noyabr prospektində mərkəz istiqamətində müşahidə olunur. 28 May küçəsi, Yusif Səfərov və Tbilisi prospektlərində də hərəkət sıxlaşıb.
Sıxlıq Əbdülvahab Salamzadə və Mikayıl Müşfiq küçələrində, Dənizkənarı küçəsində Bayraq Meydanından “Azneft” dairəsinədək, Heydər Əliyev prospektinin köməkçi yolunda və 1-ci Göl kənarı yolunda da qeydə alınıb. Xətai prospektində isə Heydər Əliyev prospekti istiqamətində sıxlıq var.
Əsas mənbə: APA
