Türkər Əliyeva 4 aylıq ev dustaqlığına buraxılıb

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Türkər Əliyeva 4 aylıq ev dustaqlığına buraxılıb

Vətənim Media xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsi külli miqdarda dələduzluqda ittiham olunan mediator Türkər Əliyeva barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Qərar bu gün qəbul olunub.

Məhkəmə onun himayəsində dörd uşağın olmasını, uşaqları təkbaşına böyütməsini, daimi yaşayış yerinin olmasını və ziyanın bir hissəsinin qaytarılmasını nəzərə alıb. Türkər Əliyevaya külli miqdarda ziyan vurmaqla dələduzluq və vəzifə saxtakarlığına təhrik etmə maddələri ilə ittiham irəli sürülüb. İttihama görə, o, torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə külli miqdarda pul alıb.

Türkər Əliyeva mediator kimi fəaliyyət göstərir və Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Natiq Əliyevin qızıdır. O, ehtiyatda olan general-mayor Ceyhun Rzayevin şikayəti əsasında prokurorluqda aparılan araşdırma çərçivəsində saxlanılıb.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗