Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

Vətənim Media xəbər verir ki, noyabrın 12-də Dublində Azərbaycan Prezidenti İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə görüşüb.

Andrey Babiş bu ilin aprelində Azərbaycana etdiyi rəsmi səfəri və Qəbələdə İlham Əliyevlə görüşünü məmnunluqla xatırladıb. Həmin səfərdə müzakirə olunan məsələlərin icrasında yaxşı nəticələrin əldə olunduğu vurğulanıb.

Görüşdə iqtisadi-ticari əlaqələrin inkişafı, investisiya layihələri və biznes nümayəndələrinin qarşılıqlı səfərləri müzakirə edilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna toxunulub, ölkəmizin Çexiyanın ən iri neft təchizatçısı olduğu qeyd edilib.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗