Göygöldə Astara sakininin meyiti tapıldı: o, noyabrın 8-də itkin düşmüşdü

Şrift
🔊 Xəbəri dinlə — Novruz (AI diktor)
Göygöldə Astara sakininin meyiti tapıldı: o, noyabrın 8-də itkin düşmüşdü

Vətənim Media xəbər verir ki, Göygöl rayonunun Hacıməlik qəsəbəsi yaxınlığında açıq ərazidə 1942-ci il təvəllüdlü Astara sakini M. Hüseynovun meyiti aşkarlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, ilkin müayinədə mərhumun üzərində zorakılıq əlamətləri müəyyən edilməyib. Meyit məhkəmə-tibbi ekspertiza üçün rayon şöbəsinə təhvil verilib. Hadisə ilə bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

84 yaşlı kişi noyabrın 8-də itkin düşmüşdü. O, Gəncədə hərbi xidmətdə olan nəvəsinin andiçmə mərasiminə Astara rayonundan gəlmişdi.

Əsas mənbə: APA

Vətənim Media Shorts

YouTube-da aç ↗