Vətənim Media xəbər verir ki, Suveren Fondların Beynəlxalq Forumunun (SFBF) 2028-ci il İllik İclasına Azərbaycan Dövlət Neft Fondu (ARDNF) ev sahibliyi edəcək. APA-nın məlumatına görə, qərar noyabrın 11–13-də Afinada keçirilən Forumun 18-ci İllik İclasında səsvermə ilə qəbul olunub.
2028-ci il toplantısı suveren fondların fəaliyyətini tənzimləyən Santyaqo Prinsiplərinin qəbul edilməsinin 20-ci ildönümünə təsadüf edəcək. ARDNF Forumun təsisçi üzvlərindəndir və yarandığı gündən təşkilatın fəaliyyətində iştirak edir.
Əsas mənbə: APA
